background
Bioqrafiya

İbrahimova Sevinc Məhərrəm qızı, 1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

2004-cü ildə Naxçıvan şəhəri 39 saylı orta məktəbi bitirmişdir.

2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur.

2015-2017-ci illər ərzində Naxçıvan “Səfa” tibb mərkəzində həkim- laborant vəzifəsində çalışmışdır.

13 iyun 2017-cı ildən V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun İmmunologiya və biofiziki tədqiqatlar laboratoriyasında böyük laborant olaraq işə başlamışdır.

2018-ci ildən Malyariya və Leyşmaniozlar laboratoriyasında elmi işçi vəzifəsinə calişmışdır.

2021-ci ildə Əziz Əliyev adına Həkimləri təkmilləşdirmə İnstitutunda kurs keçərək, sertifikasiya imtahını verərək həkim - laborant ixtisasına yiyələnmişdir.

2021-ci ilin fevral ayindan indiyədək V.Y.Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun kliniki laboratoriya şöbəsində həkim-laborant vəzifəsində calışır.

İnstitutda işlədiyi müddət ərzində bir cox konfrans və təlimlərdə iştirak etmiş, bir neçə elmi məqalənin müəllifidir.