post image

Görkəmli alim və səhiyyə qurucusu Vəli Axundovun xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən görkəmli dövlət xadimi, tanınmış alim və səhiyyə qurucusu Vəli Axundovun anadan olmasının 110 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində akademikin məzarı ziyarət olunub.


Fəxri Xiyabanda baş tutan ziyarətdə institutun rəhbərliyi, əməkdaşları və Vəli Axundovun ailə üzvləri iştirak ediblər. Akademikin məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad olunub.