30 Aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 7 Aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar aprel ayı ərzində həyata keçirilən sağlamlıq üzrə maarifləndirmə aksiyaları çərçivəsində yekun tədbir təşkil olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun Poliklinika şöbəsinin həkim-infeksionisti Arzu Pənahova sağlam həyat tərzinin təşviqi, xəstəliklərin profilaktikası və əhalinin sağlamlıq mövzusunda məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.
İnstitutun həkim-infeksionisti Ayəndə Aqilli isə çıxış edərək infeksion xəstəliklərin profilaktikası, yoluxma risklərinin azaldılması və gündəlik həyatda qoruyucu tədbirlərin vacibliyini qeyd edib.
Sonda belə maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb, bu cür tədbirlərin əhalinin sağlamlıqla bağlı məlumatlılığının artırılmasında mühüm rol oynadığı qeyd edilib.