23 aprel 2026-cı il tarixində Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda mülki müdafiə hazırlığı çərçivəsində hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış məşqi təşkil olunub.
Məşqin əsas məqsədi fövqəladə hallar zamanı operativ reaksiya imkanlarının yoxlanılması, personalın xəbərdarlıq sisteminə uyğun hərəkət etmə bacarıqlarının təkmilləşdirilməsi və mülki müdafiə üzrə hazırlıq səviyyəsinin qiymətləndirilməsi olub.