post image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Novruz bayramı münasibətilə tədbir təşkil edildi.

19 Mart tarixində Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Novruz bayramı münasibətilə tədbir təşkil edildi. Tədbir zamanı Novruzun zəngin mədəni irsini əks etdirən atributlar nümayiş olundu, bayram süfrəsi quruldu və kollektiv üzvləri bir araya gələrək bu əziz günün sevincini bölüşdülər.


Tədbir çərçivəsində institut rəhbərliyi çıxış edərək kollektiv üzvlərini Novruz bayramı münasibətilə təbrik etdi, Novruzun birlik, həmrəylik və yenilənmə ruhunu özündə əks etdirdiyini vurğuladı.


Milli musiqilər, səmimi ünsiyyət və xoş ovqat tədbirə xüsusi rəng qatdı. Bayram tədbiri çərçivəsində qədim adətlərimiz bir daha yaşadıldı, milli-mənəvi dəyərlərimizə bağlılıq nümayiş etdirildi.