post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Xəzər Universitetinin nümayəndələri qonaq olublar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarova və həmin departamentin dosenti, biologiya elmləri üzrə fəlsəfə doktoru Cavid Ocaği qonaq olublar.


İnstitutun direktoru, professor Adil Allahverdiyev qonaqları qəbul edərək müəssisənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat layihələri və profilaktik tibb sahəsində görülən işlər barədə ətraflı məlumat verib.


Qonaqlar institutun maddi-texniki bazası ilə, xüsusilə müasir standartlara cavab verən laboratoriyalar və zəngin kitabxana fondu ilə, həmçinin klinika ilə yaxından tanış olublar. Onlara laboratoriyalarda aparılan elmi araşdırmalar, tətbiq olunan müasir metodlar və əldə edilən nəticələr barədə geniş məlumat təqdim edilib.


Görüş zamanı birgə elmi tədqiqatların aparılması, elmi əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı və gələcək perspektiv istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.