post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Elmi Şurasının 2 saylı iclası keçirilib. İclasın gündəliyinə institutun doktorantlarının dissertasiya işlərinin elmi rəhbərlərinin, annotasiylarnın və fərdi iş planlarının təsdiqi, elmi strukturların illik fəaliyyət hesabatları, professor elmi adı ilə bağlı təqdimat, vakant vəzifə üzrə sənədlərin müzakirəsi və digər məsələlər daxil edilib.


Gündəlik üzrə doktorant Aytac İlyaszadənin tibb üzrə fəlsəfə doktoru, eyni zamanda doktorant Fatimə Heydərovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işlərinin annotasiyası və fərdi iş planları təsdiq edilib, elmi rəhbərləri təyin olunub. İclasda 2025-ci il üzrə Elmi Seminarların və Problem komissiyasının fəaliyyət hesabatları dinlənilərək təsdiq edilib.


Parazitologiya ixtisası üzrə “professor” elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermənin nəticəsinə əsasən müvafiq qərar qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab olunub.


“Tibb” qəzetində dərc olunmuş elan əsasında Parazitar və Tropik xəstəliklər üzrə elmi şöbənin Protozoologiya bölməsində vakant “Elmi işçi” vəzifəsinə namizədin sənədləri müzakirə edilib və gizli səsvermənin nəticəsinə əsasən namizəd müvafiq vəzifəyə seçilmiş hesab olunub.


İclas qəbul edilmiş qərarların icrası ilə bağlı tapşırıqların verilməsi ilə başa çatıb.