post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən video nümayiş olundu, çıxışlarda faciənin tarixi, xalqımızın yaddaşındakı yeri və gələcək nəsillərə çatdırılmasının önəmi vurğulanıb.


Tədbirdə İnstitutun direktoru, professor Adil Allahverdiyev, elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, direktor müavini – baş həkim Arif Fərəcov, Həmkarlar İttifaqının sədri Sevinc İbrahimova, eləcə də Müharibə və Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan polkovnik Namiq Mustafayev çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən, milli yaddaşımızdakı yerindən və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətindən danışıblar.


Tədbir şəhidlərin və qurbanların əziz xatirəsinə ehtiramla yekunlaşıb.