post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu-nun direktoru Bakı Mühəndislik Universitetində yaradılan Biotexnologiya elmi-tədqiqat laboratoriyasının açılışında iştirak edib.

Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev çıxış edərək laboratoriyanın ölkədə elmi potensialın gücləndirilməsi, eləcə də innovativ tibbi tədqiqatların inkişafı baxımından əhəmiyyətini vurğulayıb.


Professor Adil Allahverdiyev bildirib ki, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, bioloji nümunələrin kompleks analizinə, hüceyrə və mikroorqanizmlərin öyrənilməsinə geniş imkanlar yaradacaq.


Qeyd edək ki, 2025-ci ildən institutlar arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb və tərəflər arasında ortaq işbirliyinə yönəlik fəaliyyət planı nəzərdə tutulur.