27 Yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda klinikanın həkim heyətinin iştirakı ilə iclas keçirilib. Görüş 26 yanvar 2026-cı il tarixində Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclası ilə bağlı olub. Görüşdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev, direktorun elmi işlər üzrə müavini Akif Qurbanov və direktorun inzibati işlər üzrə müavini Nərminə Fətullayeva iştirak edib.
Kollegiya iclasında səsləndirilən irad və təkliflər institutun klinikasının həkim heyəti ilə bölüşülüb. İclasda klinikanın 2025-ci il üzrə fəaliyyətinin yekunları, gələcək perspektivlər və diqqət edilməli əsas məsələlər müzakirə edilib, həkimlərə qarşıya qoyulan tapşırıqlar və diqqət edilməli məsələlər barədə tövsiyələr verilib.