20 Yanvar — Milli Hüzn və Qürur Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib. İnstitut rəhbərliyi və kollektiv üzvləri azadlığımız, müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidlərin məzarları önünə qərənfillər qoyaraq, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bu ziyarət şəhidlərimizin göstərdiyi qəhrəmanlığa hörmətin, milli yaddaşımıza sədaqətin və tarixi məsuliyyətimizi daim xatırladığımızın ifadəsidir. 20 Yanvar faciəsi xalqımızın azadlıq iradəsinin, birliyinin və sınmayan ruhunun simvolu olaraq yaddaşımızda yaşayır.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini hər zaman uca tuturuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.