12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir saat 12:00-da Ümummilli Liderin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra institut direktoru, professor Adil Allahverdiyev çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, idarəçilik sisteminin formalaşmasında və ölkənin inkişaf strategiyasının qurulmasında oynadığı tarixi rolunu vurğulayıb. Çıxışda həmçinin qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan üçün strateji yol xəritəsi olaraq qalır və dövlətçilik ənənələrinin güclənməsinə, milli birliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivi ümummilli liderin xatirəsinə dərin ehtiramını bildirir.