post image

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən Naxçıvan Dövlət Universitetində “Regenerativ Tibbdə Kök Hüceyrə və Eksozomlar” mövzusunda tibbi vebinar keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliy V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 11 dekabr 2025-ci il tarixində “Regenerativ Tibbdə Kök Hüceyrə və Eksozomlara Yönəlik Araşdırmalar və Gələcək Perspektivlər” mövzusunda tibbi vebinar keçirilib. Tədbir onlayn formatda, universitetin elmi və tələbə ictimaiyyətinin iştirakı ilə baş tutub.


Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev tərəfindən vebinar zamanı regenerativ tibbə kök hüceyrə və eksozomların rolu, müasir tədqiqat yenilikləri və gələcək perspektivləri barədə ətraflı təqdim olunub. Tədbir iştirakçılara sahənin aktual yenilikləri ilə tanış olmaq imkanı verib və elmi biliklərin paylaşılmasını təmin edib. Həmçinin, bu vebinar akademik mühitdə yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verib.